Bakıdakı Rus Evində “Xarıbülbül” kitabının təqdimatı olacaq

Aprelin 23-də Bakıdakı Rus Evində Eldar Əhədovun “Xarıbülbül” kitabının təqdimatı olacaq. Bu əsər şeirlə dastan janrında Azərbaycan və rus dillərində qələmə alınıb.

Bu barədə Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən bildiriblər.

Kitab Azərbaycan xalqının 1500 illik tarixindən, görkəmli hökmdarlar, şairlər, memarlar, həkimlər, alimlər, musiqiçilər və bəstəkarlar, rəssamlar və qədimdən Odlar Yurdu adlanan Vətənin müdafiəçilərindən bəhs edir.

Bu əsər ölkəmizi bütün dünyada tanıdan insanların oxuculara tanıdılması missiyasını daşıyır. Kitab “Şərq-Qərb” nəşriyyatında çapdan çıxıb. Onun müəllifi Azərbaycan Yazıçılar İttifaqının fəxri üzvü və Rusiya Yazıçılar İttifaqının üzvü Eldar Əhədovdur.

Nəşrin sponsorları qismində 2005-ci il Nobel mükafatı laureatı Bəxtiyar Siracov və “”BTB-Azərbaycan” bankı çıxış ediblər.