Üçtərəfli bəyanatın şərtləri yerinə yetirilməlidir - Lavrov

2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın şərtləri yerinə yetirilməlidir.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə bu gün birgə keçirdiyi mətbuat konfransında deyib.

"Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığın davam etdirilməsinin tərəfdarıyıq. Regionda hər cür maneələr aradan qaldırılmalıdır. İkinci Qarabağ müharibəsindən sonra 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın şərtləri yerinə yetirilməlidir", - S.Lavrov əlavə edib.//Trend