İrakli Qaribaşvilinin Azərbaycana işgüzar səfəri başa çatıb

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycan Respublikasına işgüzar səfəri aprelin 8-də başa çatıb.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş nazir İrakli Qaribaşvilini rəsmi şəxslər yola saldılar.