Ermənilərin törətdiyi təxribatın səbəbi bilindi - VİDEO

Xəbər verdiyimiz kimi, Ermənistan ordusu ötən gün Gorus rayonun Dığ kəndi yaxınlığında təxribat törədib.

Qarşı tərəfin əsas məqsədlərindən biri həmin istiqamətdəki yola nəzarəti ələ keçirmək olub.

Erməni hərbçiləri buna Ordumuzun postları arasında mövqe qurmağa cəhd edərək nail olmaq istəyiblər.

Hərbi ekspert Ədalət Verdiyev “Xəzər Xəbər”ə deyir ki, Ermənistan tərəfi Laçın istiqamətidə demək olar ki, bütün yollara nəzarət imkanını itirib.

Ekspertin sözlərinə görə, Ermənsitan təxribatlarla digər dövlətləri də gərginlyə cəlb etmək istəyir.

Ədalət Verdiyəv bildirib ki, təxribat baş verən ərazidə Eermənsitanın hərbi qüvvəsi olmayıb. Onlar həmin yerə Azərbaycan ordusu mövqelər qurandan sonra gəliblər.

Ekspert qeyd edib ki, Avropa İttifaqı monitorinq missiyasının son zamanlar səsləndirdiyi sərsəm bəyanatlar da Ermənistanı cəsarətləndirib.

Bəzi ekspertlər hesab edir ki, hadisənin  Ermənistan müdafiə nazirinin Brüselldə səfərdə olarkən baş verməsi də əslində çox şeydən xəbər verir.

Ermənistan belə təxribatlarla əslində özünü qərb ölkələrinə məsum göstərməyə çalışır.

İrəvan belə manevrlərlə həm də  sülh danışıqlarına yeni şərtlər gətirmək xəyalları qurur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: