“Dissertasiyalarda ədəbi dil normalarının gözlənilməsi” mövzusunda seminar keçirib

Təhsil İnstitutu doktorantlar üçün “Dissertasiyalarda ədəbi dil normalarının gözlənilməsi” mövzusunda seminar keçirib.

İnstitutdan Yerveinsan.az-a bildirilib ki, seminarda spiker qismində Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri, professor Hümeyir Əhmədov çıxış edib. O, müntəzəm olaraq hər ay keçirilən seminarların əhəmiyyətini vurğulayıb.

Elmi-pedaqoji tədqiqatlar mərkəzinin böyük elmi məsləhətçisi dosent Asif Hacıyev isə mövzu ilə bağlı məruzə edib və seminar iştirakçılarının suallarını cavablandırıb.

Qeyd edək ki, Təhsil İnstitutu öz sahəsində peşəkar olan tədqiqatçı və mütəxəssislərin iştirakı ilə hər ay doktorant və dissertantlar üçün müxtəlif mövzularda seminarlar təşkil edir.