ABŞ Ermənistanda Azərbaycan əsgərinə qarşı törədilmiş zorakılığa görə çox narahatdır

ABŞ məlum videoda əksini tapan Azərbaycan əsgərinə qarşı Ermənistanda törədilmiş zorakılığa görə çox narahatdır.

Yerveinsan.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin tviter hesabında paylaşım edilib.

“ABŞ məlum videoda əksini tapan Ermənistanda Azərbaycan əsgərinə qarşı törədilmiş zorakılığa görə çox narahatdır. Biz Azərbaycanı və Ermənistanı bütün məsələləri sülh danışıqları yolu ilə həll etməyə çağırırıq”, - deyə paylaşımda bildirilib.