G7 Rusiya neftinə qiymət tavanını 60 dollar olaraq saxlamağa tərəfdardır
Bəzi ölkələrin Rusiya neftinin barelinə qoyulan qiymət tavanının aşağı salınması barədə təkliflərinə baxmayaraq, “Yeddilər qrupu” ölkələri (G7) qiyməti 60 dollar səviyyəsində saxlamağın tərəfdarıdır.
"Reuters" agentliyi yazır ki, G7 və Avstraliya qiymət məsələsini yenidən nəzərdən keçirdikdən sonra onu 60 dollar səviyyəsində saxlamaq barədə qərar qəbul edib.