Hacı Əliyev dördüncü dəfə Avropa çempionu olub

Sərbəst güləşçimiz Hacı Əliyev dördüncü dəfə Avropa çempionu olub.

Yerveinsan.az xəbər verir ki, H.Əliyev (70 kq) təsnifat mərhələsində italiyalı Canluka Talamoya tam üstünlüklə qalib gəlib - 12:1. Titullu güləşçimiz dörddəbir finalda almaniyalı Kevin Henkelə gücünü göstərib - 4:0. Millinin kapitanı yarımfinalda moldovalı Vasile Diakonu 4:1 hesabı ilə məğlub edərək beşinci dəfə Avropa çempionatının finalına yüksəlib.

Hacı Əliyev həlledici görüşdə bolqarıstanlı Ramazan Ramazanova 10:3 hesabı ilə qalib gələrək dördqat Avropa çempionu olub. Güləşçimiz, həmçinin üçqat dünya çempionudur.