Mariya Stadnik 9-cu dəfə Avropa çempionu olub

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik 9-cu dəfə Avropa çempionu olub.

Yerveinsan.az xəbər verir ki, bu barədə Dünya Güləş Birliyi məlumat yayıb.

Məlumata görə, Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında 50 kiloqramda mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada ukraynalı Oksana Livaçla üz-üzə gəlib. Rəqibini 9:4 hesabı ilə məğlub edən Stadnik yenidən Avropa çempionu olub