Azərbaycan Ordusunun bölmələri tərəfindən erməni hərbi qulluqçusu öldürülməyib - MN

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Basarkeçər rayonunun Zod istiqamətində açılan atəş nəticəsində erməni hərbi qulluqçusunun ölməsi barədə Ermənistan mətbuatında yayılan məlumat yalandır, dezinformasiya xarakteri daşıyır.

Bu barədə Yerveinsan.az-a Müdafiə Nazirliyindən bildiriblər.

Bu xəbəri qəti surətdə təkzib edirik.