Mikayıl Cabbarov: Xorvatiyada keçirilən Avropa çempionatına iki qardaş ölkə öz imzasını atıb

Xorvatiyada keçirilən Avropa çempionatına iki qardaş ölkə öz imzasını atıb.

Yerveinsan.az xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov bildirib. O qeyd edib ki, sərbəst güləş üzrə yarışlarda komanda hesabında Azərbaycan 1-ci, Türkiyə 3-cü yeri tutdu. Yunan-Roma güləşi üzrə yarışlarda isə Türkiyə 1-ci, Azərbaycan 2-ci oldu.