Fransanın xarici işlər naziri Bakıya gəlib
Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna Bakıya gəlib.
Yerveinsan.az xəbər verir ki, bu barədə Fransa səfirliyi məlumat paylaşıb.
"Qafqaza səfərimə Azərbaycanda, Ermənistanda, sonra Gürcüstanda başlamaq üçün Bakıya gəldim. Fransa, regionda sülhün qorunmasının nə qədər vacib olduğunu bilir və buna qətiyyətlə sadiqdir. – diplomat bildirib.

