Bu gün Bakıda sprint yarışları olacaq

Bakıda "Formula - 1" Azərbaycan Qran-Prisinin ikinci günü də maraqlı idman mübarizəsi vəd edir.

Yerveinsan.az xəbər verir ki, dünya çempionatının dördüncü mərhələsi – Azərbaycan Qran-Prisində cari mövsümün ilk sprint yarışı təşkil olunacaq.

Saat 12:30-dan 13:30-dək sprint yarışı üçün təsnifat, saat 17:30-dan 18:30-dək sprint yürüşü baş tutacaq. Həmçinin "Formula - 2" yarışlarında qısa sprint yürüşü təşkil olunacaq. Yarış saat 15:15-də start götürəcək və 45 dəqiqə davam edəcək.