Neft bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair bu ilin iyul müqaviləsinin dəyəri 1,49% artaraq 1 barelə 79.54 dollar təşkil edib.

Yerveinsan.az-a məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyun ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 2,70% artaraq 76.78 dollara yüksəlib.