Xalq artisti Aftandil İsrafilov vəfat edib

Tanınmış qarmon ifaçısı, Xalq artisti Aftandil İsrafilov vəfat edib.

Bu barədə Yerveinsan.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

Xatırladaq ki, A.İsrafilov 1941-ci il yanvarın 24-də Bakı şəhərində anadan olub.

Mərhum sənətkar  1998-ci ildə Xalq artisti fəxri adına, 2016-cı ildə “Şöhrət” ordeninə layiq görülüb.

O, 2003-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.