Ceyhun Bayramov ABŞ-a səfərə yola düşüb

30 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibi Antoni Blinkenin dəvəti əsasında Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb.

Bu barədə Yerveinsan/az-a XİN-dən məlumat verilib.

Səfər çərçivəsində Azərbaycanla Ermənistan arasında "sülh sazişi" layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.