Prezident “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi”ni təsdiq edib
Prezident İlham Əliyev “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi”ni təsdiq edib.
Yerveinsan.az xəbər verir ki, Prezident bununla bağlı Fərman imzalayıb.
Sənədə əsasən Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə isə strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etmək və bu sənəddən irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görmək tapşırılıb.

