Türkiyədə zəlzələ baş verib
Türkiyənin Adıyaman əyalətində 4,6 bal gücündə zəlzələ baş verib.
Yerveinsan.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanların episentri əyalətin Çelikhan rayonunda, ocağı isə 8,64 kilometr dərinlikdə yerləşib.