Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirir - MN

Mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutur.

Bu barədə Yerveinsan.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülür.