İlqar Xələfov veteran şahmatçılar arasında Azərbaycan çempionu olub

“Baku Open-2023” beynəlxalq şahmat festivalı çərçivəsində keçirilən veteranlar arasında Azərbaycan çempionatına yekun vurulub.

Yerveinsan.az Azərbaycan Şahmat Federasiyasına istinadla xəbər verir ki, doqquz turdan 6,5 xal toplayan Fikrət Sideifzadə üçüncü yeri tutdu. Yeddi xalı olan Asəf Abdullayev turniri ikinci pillədə başa vurub. Maksimum nəticə göstərən İlqar Xələfov (9 oyun və 9 qələbə) veteranlar arasında Azərbaycan çempionatının qalibi olub.

Qeyd edək ki, Azərbaycan çempionatında yaşı 60-dan yuxarı olan 36 veteran şahmatçı iştirak edib.