Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Litvanın keçmiş Prezidenti Valdas Adamkusa başsağlığı veriblər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Litvanın keçmiş Prezidenti Valdas Adamkusa başsağlığı veriblər.

Yerveinsan.az xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Həyat yoldaşınız, ömür-gün dostunuz Alma Adamkiyenenin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbr diləyirik".