Müğənni Tina Törner vəfat edib

Dünyaşöhrətli Amerika əsilli isveçrəli müğənni Tina Törner 83 yaşında vəfat edib.

Yerveinsan.az xəbər verir ki, bu barədə müğənninin sözçüsü məlumat yayıb.

“Tina Törner bu gün İsveçrənin Sürix yaxınlığındakı Küsnaxt şəhərindəki evində uzun sürən xəstəlikdən sonra 83 yaşında vəfat edib”, - deyə müğənninin sözçüsü bildirilir. "Onunla birlikdə dünya bir musiqi əfsanəsini və rol modelini itirdi", - açıqlamada qeyd olunur.