Gədəbəyə dolu düşüb - Faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin iyunun 1-i saat 16:00-a olan məlumatına əsasən Naxçıvan, Ordubad, Daşkəsən, Neftçala, Göygöl, Gədəbəy, Lerik, Yardımlı, Lənkəran, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Yerveinsan.az-a bildirib ki, saat 15:12-də Gədəbəy rayonuna qısamüddətli, diametri 6 millimetr olan dolu düşüb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24-29°, Naxçıvanda 23-27°, Aran rayonlarında 28-31° isti, dağlıq rayonlarda 23°, yüksək dağlıq ərazilərdə 12°-dək isti olub.