Faktiki hava şəraiti açıqlanıb

Milli Hidrometeorologiya Xidmətinin iyunun 1-i saat 21:00-a olan məlumatına əsasən, Naxçıvan, Daşkəsən, Göygöl, Gədəbəy, Gəncə, İsmayıllı, Xınalıq, Qusar, Qəbələ, Oğuz, Şəki, Quba, Xaltan, Qrız, Şahdağ, Neftçala, Yardımlıda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Xidmətdən Yerveinsan.az-a verilən xəbərə görə, Oğuz rayonunun Filfilli kəndinə saat 19:30-19:50 radələrində, Qəbələ rayonunun Bulud kəndinə isə saat 19:30-20:20 radələrində diametri 25-30 millimetr olan dolu düşüb.

Cənub-qərb küləyi əsib, arabir Ağdamda saniyədə 20, Daşkəsən, İsmayıllıda 18 metrədək güclənib.