Qubada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

İyunun 2-də saat 01:30 radələrində Quba rayonunda 1997-ci təvəllüdlü Rəhmanov Rəhman Ceyhun oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan Yerveinsan.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini 1996-cı təvəllüdlü Abbasov Murad Rza oğlu polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb. Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.