Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğanla görüşündən paylaşım edib (FOTO)

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Türkiyənin birinci xanımı Əminə Ərdoğanla görüşündən paylaşım edib.

Yerveinsan.az-ını verdiyi məlumata görə, paylaşımda bildirilib:

"Əziz bacım Əminə Ərdoğanı Bakıda görməyimə şadam! Azərbaycan və Türkiyə daim bir-birinin yanındadır. Bizim birliyimiz, bizim gücümüz məhz bundadır! Uca Tanrı xalqlarımızı qorusun!"