Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani ilə görüşüb.

Yerveinsan.az-ın məlumatına görə, bu barədə nazir öz tvitter hesabında qeyd edib.

“ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani ilə Ukraynanın bərpası ilə bağlı konfrans çərçivəsində görüşdən məmnun oldum. Biz Azərbaycan-Makedoniya ikitərəfli münasibətlərinin gündəliyini, ATƏT çərçivəsində əməkdaşlığı, eləcə də regionumuzdakı münaqişədən sonrakı vəziyyəti müzakirə etdik”, - deyə C.Bayramov bildirib.