Ermənistan Prezidenti Paşinyanı Baş nazir təyin edib

Ermənistanda parlament çoxluğunu təşkil edən “Vətəndaş Müqaviləsi” Partiyası Nikol Paşinyanın Baş nazir vəzifəsinə namizədliyini rəsmi qaydada ölkə prezidentinə təqdim edib.

Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın fərmanı ilə Nikol Paşinyan yenidən bu ölkənin Baş naziri vəzifəsinə təyin edilib.

Vaaqn Xaçaturyanın bununla bağlı fərmanı prezidentin rəsmi saytında təkrar dərc olunub.