Tramp: İranla danışıqlar yenidən başlayacaq
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla danışıqlar bazar ertəsi yenidən başlayacaq və razılaşmanın əldə olunacağına nikbin yanaşır.
Türkiyə mediasının xəbərinə görə, Tramp Nyu-Cersidən Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırıb. O, planlaşdırılan hücumu təxirə saldıqdan sonra ABŞ ilə İran arasında danışıqların avqustun 3-ü, bazar ertəsi yenidən başlayacağını açıqlayıb.
Tramp həmçinin Hörmüz boğazının açıq saxlanılması və İranın nüvə silahından imtina etməsi ilə bağlı yaxın zamanda razılığın əldə oluna biləcəyinə ümid etdiyini bildirib.
O qeyd edib ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və İranla aparılan danışıqlar bu həftəsonu planlaşdırılan "genişmiqyaslı hücumu" dayandırmasına səbəb olub.
Tramp deyib: "Bu, İkinci Dünya müharibəsindən bəri ən böyük hücum olacaqdı. Amma bizdən bunu etməməyimizi xahiş etdilər. 'Zəhmət olmasa, bunu etməyin', — dedilər. Onların qonşuları da eyni xahişi etdilər."

