Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub - MN

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub.

Müdafiə Nazirliyindən Yerveinsan.az-a verilən məlumata görə, iyunun 24-ü saat 10:40-dan 11:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.