UEFA Millətlər Liqasında final mərhələsi başlayır

Bu gün UEFA Millətlər Liqası turnirində final mərhələsinə start veriləcək.

A Liqasında qrup qaliblərinin qatıldığı “Dördlər finalı”nın yarımfinalında Portuqaliya - İsveçrə və Hollandiya - İngiltərə cütləri mübarizə aparacaq.

 
Bu gün Portuqaliya və İsveçrə münasibətlərə aydınlıq gətirəcək. Sabah isə Hollandiya İngiltərə ilə üz-üzə gələcək.

Qeyd edək ki, bütün oyunlar Portuqaliyada keçiriləcək.

5 iyun

22:45. Portuqaliya – İsveçrə
Portu. “Draqao” stadionu

6 iyun

22:45. Hollandiya - İngiltərə 
Gimaraynş. Afonso Enrike stadionu