Səngərlərin qazılmasına cəhd göstərən erməni silahlı dəstələrinin fəaliyyətinin qarşısı alınıb - MN
Səngərlərin qazılmasına cəhd göstərən erməni silahlı dəstələrinin fəaliyyətinin qarşısı alınıb.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Məlumata əsasən, mühəndis texnikasının cəlb olunması ilə müxtəlif istiqamətlərdə təminat yollarının genişləndirilməsi, səngərlərin qazılması, sığınacaqların hazırlanması, eləcə də döyüş mövqelərinə müşahidə kameralarının quraşdırılmasına cəhd edən qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyəti bölmələrimiz tərəfindən görülən tədbirlər nəticəsində dayandırılıb.

