Qara Qarayev “Qarabağ” klubu ilə vidalaşıb

Ağdamın “Qarabağ” klubu futbolçusu Qara Qarayevlə vidalaşıb.
Yerveinsan.az kluba istinadla xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi yetirməsi olduğu komandanı tərk edib. Onun “Neftçi”yə keçidi gözlənilir.
Qeyd edək ki, Qara Qarayev 2008-ci ildən bəri “Qarabağ”ın əsas komandasında çıxış edib.