Ermənistanın işğalçılıq siyasəti normallaşma prosesini mümkünsüz edib - XİN rəhbəri
Ermənistanın işğalçılıq siyasəti normallaşma prosesini mümkünsüz edib
Bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycan və Türkiyənin Ermənistanla münasibətlərin normallaşması ilə bağlı mövqeyi göz qabağındadır.
"Uzun illər ərzində normallaşma prosesini mümkünsüz edən məqam Ermənistan işğalçı siyasəti, Azərbaycanın torpaqlarını işğal altında saxlaması oldu. Torpaqlarımız işğal altında olarkən orada baş verən cinayətlərə, qanunsuzluqlara baxmayaraq, ərazilərimiz işğaldan azad olunduqdan çox qısa müddət sonra Prezident İlham Əliyev açıq bəyanatla çıxış edərək dedi ki, Azərbaycan Ermənistanla sülh müqaviləsi üzərində çalışmağa hazırdır. Bu, qalib dövlətin və qalib liderin atdığı addım idi", - deyə C. Bayramov bildirib.

