Ceyhun Bayramov Hakan Fidanla görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Hakan Fidanla görüşüb.
Yerveinsan.az XİN-ə istinadən xəbər verir ki, nazir Ceyhun Bayramov və nazir Hakan Fidan arasında təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.
Geniştərkibli görüşdə Azərbaycan və Türkiyə arasında çoxşaxəli ikitərəfli, regional və çoxtərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən bölgədə mövcud vəziyyət müzakirə olunub.

