Ceyhun Bayramov BƏƏ-nin XİN rəhbəri ilə regional vəziyyəti müzakirə etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Şeyx Abdullah bin Zayed Al Nahyan arasında telefon danışığı olub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X"də paylaşım edib.

Bildirilib ki, nazirlər ikitərəfli və çoxtərəfli münasibətlərin daha da genişləndirilməsi imkanlarını, o cümlədən, regional vəziyyəti müzakirə ediblər.