Şəhərsalma və Arxitektura Komitəsinin sədri Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev sentyabrın 18-də Tərtər şəhərində vətəndaşlarla görüşəcək.

Komitədən bildirilib ki, vətəndaşları narahat edən məsələlərin həlli məqsədilə təşkil edilən görüşdə Tərtər, Ağcabədi, Ağdam, Bərdə və Laçın rayonlarının sakinləri iştirak edə bilərlər. Görüş üçün vətəndaşlar əvvəlcədən rəsmi şəkildə qeydiyyatdan keçməli, görüşə gələrkən isə şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Vətəndaşlar qeydiyyatdan keçmək üçün sentyabrın 16-sı saat 18:00-dək komitənin [email protected] elektron poçt ünvanına yazıb və ya www.arxkom.gov.az rəsmi internet səhifəsindəki müraciət formasını doldurub göndərməklə, həmçinin (+994 12) 597 00 47 nömrəli “Qaynar xətt” və (+994 12) 595 13 50 nömrəli (daxili nömrə: 599, 578) telefonlara zəng edərək (I-V günlər, saat 09:00-18:00 arası) şifahi formada müraciət edə bilərlər.

Qeydiyyatdan keçmiş şəxslərə görüşün keçiriləcəyi dəqiq ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.

Görüş mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda sentyabr ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.