Sabah Hövsanda suyun verilişi dayandırılacaq
Hövsan kəndini içməli su ilə qidalandıran xətdə baş vermiş qəzanın aradan qaldırılması işləri çərçivəsində sentyabrın 1-də günorta saatlarınadək suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.

