“France24”ün məqaləsi təbliğatın iyrənc formasıdır, obyektivlikdən və jurnalist etikasından uzaqdır - HİKMƏT HACIYEV
Fransanın Azərbaycan əleyhinə təbliğatı davam edir.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X platformasında paylaşımında bildirib
Hacıyev qeyd edib ki, “france 24" agentliyinin dərc etdiyi məqalədə ermənilərə məxsus olduğu iddia edilən şəkil əslində Agence France-Presse (AFP) tərəfindən 2020-ci ildə çəkilən və Azərbaycan xalqının ağrı-acısını əks etdirən şəkildir, “france 24“ həmin şəkli “erməniləşdirib”.
“Bu, təbliğatın iyrənc formasıdır, obyektivlikdən və jurnalist etikasından uzaqdır”, - Hikmət Hacıyev vurğulayıb.

