“Qarabağ” - “Olimpiya” oyununun biletləri satışa çıxarılıb

UEFA Avropa Liqasının III təsnifat mərhələsində Bakıda “Qarabağ” və Sloveniyanın “Olimpiya” komandaları arasında keçiriləcək cavab oyununun biletləri satışa çıxarılıb.

Klubdan verilən məlumata görə, biletləri “iticket.az” saytından onlayn şəkildə əldə etmək olar.

Biletlərin qiymətləri 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. Bundan əlavə, VVIP C və VVIP D sektorlara biletlərin qiyməti isə 200 manatdır.

Qeyd edək ki, avqustun 31-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Olimpiya” görüşü saat 20:00-da başlayacaq.