Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Kəlbəcərdə “İstisu” Mineral sudoldurma zavodunun tikintisi ilə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva avqustun 25-də Kəlbəcər rayonuna səfər ediblər.

Dövlətimizin başçısı və birinci xanım “İstisu” Mineral sudoldurma zavodunun tikintisi ilə tanış olublar.

Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlər barədə məlumat verilib.