MN: Ordumuzun Ermənistan silahlı qüvvələrinin mövqelərini atəşə tutması məlumatını təkzib edirik
Avqustun 27-si saat 23:30-da Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

