Ağdam-Xankəndi yolunun girişindəyik HİKMƏT HACIYEV

Ağdam-Xankəndi yolunun girəcəyindəyik.

Yerveinsan.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”də yazıb.

O bildirib ki, diplomatik korpus və beynəlxalq jurnalistlər qrupu yolun funksionallığı və Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən gətirilən undan ibarət iki maşın ərzaq yükü ilə tanış olacaqlar.

Qeyd edək ki, bu gün Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri və hərbi attaşelərinin Ağdama tanışlıq səfəri başlayıb.