Zakir Həsənov Ankarada türkiyəli həmkarı ilə görüşüb

Türkiyə milli müdafiə naziri Yaşar Gülər ​​Ankarada Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb.

Yerveinsan.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nümayəndə heyətləri arasında da görüş baş tutub.

Xatırladaq ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülərin dəvəti ilə qardaş ölkəyə işgüzar səfər edib.