Azərbaycan Ordusunun mövqeləri minaatanlardan atəşə tutulur - MN

Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən atəş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərini minaatanlardan atəşə tutur.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Bölmələrimiz tərəfindən zəruri cavab tədbirləri görülür", deyə məlumatda qeyd olunub.