Sabah çimərliklərdə hava necə olacaq?
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, sabah çimərliklərdə şimal-şərq küləyi əsəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25° isti olacaq.
Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isə isti gözlənilir.