İdmançımız Türkiyənin Mersin şəhərində keçirilən yarışda qızıl medal qazanıb

Azərbaycanın idman gimnastı Nikita Simonov “Challenge” seriyasına aid Dünya Kubokunda uğurlu çıxışı ilə diqqət çəkib.

Federasiyadan  verilən məlumata görə, idmançımız Türkiyənin Mersin şəhərində keçirilən yarışda qızıl medal qazanıb.

Halqalar ilə hərəkətlərin icrasında bütün rəqiblərini qabaqlayan N. Simonov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.