Cill Bayden COVID-19-a yoluxub
ABŞ-ın birinci xanımı Cill Bayden COVID-19-a yoluxub, onda xəstəliyin yüngül əlamətləri müşahidə olunur.
Bu barədə Ağ Evin mətbuat xidmətinin bəyanatında deyilir.
"Bu axşam birinci xanımın COVID-19 testi müsbət çıxıb. Hazırda onda yalnız yüngül əlamətlər var. O, Delaver ştatının Rexobot-Biç şəhərindəki evində qalacaq", - xəbərdə deyilir.