Fərid Qayıbov “Heydər zirvəsi”nə qalxdı (FOTO)

Gənclər və idman naziri Fərid Qayıbov Şahdağ Milli Parkına daxil olan “Heydər zirvəsi”nə (3751 metr) qalxıb.

Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, onu Azərbaycan Alpinizm Federasiyasının baş katibi İsrafil Aşurlı müşayiət edib.

Yürüş Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə baş tutub.