Azərbaycan XİN Ermənistanın mina terrorunun pislənilməsini istəyir

Ağdamda erməni silahlı birləşmələrinin diversiya qrupunun yerləşdirdiyi minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb.

Yerveinsan.az-ın xəbərinə görə, Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə bunu "X" sosial şəbəkəsində yazıb. 

Qeyd edilib ki, 2020-ci ildə müharibənin başa çatmasından bu günə kimi 306 azərbaycanlı mina və partlamamış hərbi sursatların qurbanı olub: “Biz bu cür düşünülmüş hərəkətlərin açıq şəkildə pislənməsini gözləyirik”.